Məntiq testləri (IQ)


Metod 1: Say və çətinlik dərəcəsini seçməklə sınaq testləri

Burada sual sayı və çətinlik dərəcəsini özünüz təyin edə bilirsiniz. Say və çətinlik dərəcəsini seçdikdən sonra başlat əmrini verin. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.

Metod 2: Hazır seçimlərdən istifadə etməklə sınaq testləri

Hazır seçimlərdən istifadə etməklə real imtahana nə dərəcədə hazır olduğunuzu bu metod ilə yoxlaya bilərsiniz. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.

Magistr imtahanına hazırlaşanlar üçün 50 suallı sınaq testi

Dövlət qulluğuna hazırlaşanlar üçün 30 suallı sınaq testi.

10 suallı asan sınaq testi

10 suallı orta səviyyəli sınaq testi

10 suallı çətin sınaq testi

10 suallı ÇOX çətin sınaq testi

10 qarışıq sualdan ibarət sınaq testi

Metod 3: Əvvəldən axıra sıra ilə testlər

Bilet prinsipi ilə testləri əvvəldən axıra ardıcıl olaraq həll edə bilərsiniz. Ümumi başdan sona hazırlıq üçün bu metod faydalıdır. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda EYNİ suallar təqdim edilir.



Ən son əlavə edilən 20 test: Başla

Suallara İD nömrəsinə görə tək-tək baxmaq:

İD nömrəsini yadınızda saxladığınız suala bir də baxmaq istəsəz İD nömrəsini daxil edərək baxa bilərsiniz

Məntiq test kateqoriyaları

Məntiq testləri eyni zamanda kateqoriyalara ayrılaraq sizin hər bir kateqoriya üzrə persomansınızı ölçürük. Beləliklə siz zəif olduğunuz kateqoriyalara daha çox fokuslanıb özünüzü inkişaf etdirə bilirsiniz. Hazırda mövcud olan kateqoriyalarımız bunlardır:

  • Çevik düşünmək
    Bu kateqoriyadakı suallardakı problemi anlamaq üçün beyin çevik düşünməli, soruşulan şeyin əslində nə olduğunu anlamalıdır. Açıq olaraq nə istənildiyi bəzən bilinmir deyə, bu suallarda əsas bacarıq beynin çox çevik şəkildə mümkün bütün uyğun gələn metodları tətbiq edib problemi anlamasıdır. Bu tip testləri çox həll etdikcə beynin bu yöndə vərdişi güclənir.
  • Diqqət bacarığı
    Özlüyündə asan, amma çox diqqətli olmağı tələb edən suallardır. Bu kateqoriyalarda olan suallar adətən asan görünsə belə, diqqətsiz, tələskən şəxslərin əksər hallarda səhv etdiyi suallar olur. Diqqət testlərində səhvlər edib səhv etdiyini bildikdən sonra məsuliyyətli davranıb hətta asan görünən suala belə olduqca diqqətlə yanaşmaq lazım olduğunu anlamış olursunuz.
  • Məntiqi fikir yürütmə
    Xalis məntiqi fikir yürütmə ilə həll edilən suallardır. Burada hesablama, tanıma, sürətli düşünmə yox, məntiqi fikir yürüdərək mühakimə yürütmək tələb edilir.
  • Problem həlli bacarığı
    Qeyri-standart problemlərin məntiqi yolla həlli mövzusunda suallardır. Problemləri həll etmək bacarığınız sınanmağa çalışılır.
  • Hesab və riyazi bilik
    Riyaziyyat, həndəsə üzərində baza bilikləri yoxlayan, həm də məntiqin işə salınmasınə tələb edən riyazi tipli suallardır.
  • Şəkil və fiqurlar
    Beynimizin vizual obyektlərlə işləmə bacarığını, sürətini, təsəvvür qabiliyətini test edən suallardır. Çoxlu sual həll etməklə bu yöndə vərdişlər qazanmaq mümkündür.
  • Dünya görüşü
    Bu kateqoriyada sizin dünyagörüşünüz test edilir. Ümumi dünya bilgiləri haqqında nə qədər məlumatlı olmaq test edilir.
  • Rəqəmlər və fiqurlar
    Rəqəmlər və fiqurlar arasında körpü qurmaq bacarığı test edilir. Rəqəm və fiqur iki fərqli dünyanın elementləridir. Bu tip suallarda isə onlar birgə çıxış edərək sizdən ikitərəfli yanaşma tələb edir.
  • Təməl kriptoqrafiya
    Şifrələmə testlərində simvollar hansısa sirrli qayda ilə digəri ilə əvəz edilir, sizin də işiniz bu şifrələri çözmək və açarı taparaq sirri açmaqdır.
  • Anaqramlar
    Anaqramlarda hərflər yer dəyişərək anlamsız hərf yığını yaradır, siz sürətli şəkildə analiz edərək, doğru yazılışları beyninizdə canlandırıb suala cavab vermiş olursunuz.
  • Patternlər - rəqəm münasibətləri
    Ən geniş sual kateqoriyamız olan Patternlər məntiq testlərində sayca üstünlük təşkil edirlər. Belə ki ardıcıllıqları tamamlamaq, rəqəm cütləri arasında əlaqəni tapmaq və.s. buraya aid edilir. Əsas bacarıq da budur ki, verilmiş ədədlər bir birindən necə alınır, aralarındakı münasibət nədir - onu tapmalıyıq və tapılan qanunauyğunluğu çatışmayan ədədi tapmağa tətbiq etməliyik.
  • Sözlər və parçaları
    Sözləri hərflərə, hecalara, hissələrə ayıraraq qurulan bu sualda, beynin iti şəkildə həm anlamlı sözlər düzəltməsi, həm də bu düzələ bilən namizəd sözlər arasında əlaqəni tapıb axtarılan qanunauyğunluğu tapması tələb edilir.
  • Anlayışlar arasında əlaqə
    Anlayışlar arasında əlaqə testləri sözlərin, ifadələrin, cümlələrin anlamlarını nəzərə alaraq onlar arasında xronoloji, asılılıq, aidiyyat və.s. kimi əlaqəni tapıb onu soruşulan komponentə tətbiq etməyi tələb edir.
  • Aid olmayanı tapmaq
    Bir neçə söz, cümlə, ifadə və.s. təqdim edilir - bunların hamısının ortaq bir cəhəti var, biri xaric. Həmin ortaq cəhət tapılmalıdır ki, aid olmayan, yad ünsür aşkara çıxsın. Bu tip testləri nə qədər çox həll etsəniz, iti düşünmək bacarığı da o qədər inkişaf edər.
  • Söz və rəqəm münasibətləri
    Söz və rəqəm münasibətlərində söz aləmindən rəqəm aləminə və ya tərsinə keçid tələb edilir. Yəni verilən rəqəmlər hərf və ya sözü ifadə edə bilər, yaxud hərf və sözlər hansısa qanunauyğunluqla rəqəmləri ifadə edə bilər. Hərtərəfli çevik düşünərək gizlənmiş əlaqə növünü tapmaq və soruşulan sualda tətbiq etmək lazımdır.
  • Ehtimal nəzəriyyəsi
    Təsadüfi hadisələrin baş vermə ehtimallarını hesablamaq biliklərini yoxlayır. Mümkün bütün halları məntiqi olaraq modelləyib lazım olan halların düşmə şansını tapma zamanı həm sürətli, həm də məntiqi təfəkkürü işlətmək tələb olunur.
  • Faiz məsələləri
    Faizlərin hesablanması biliklərini yoxlayır. Faizlər gündəlik həyatımızda qarşımıza bir çox sahələrdə çıxır deyə, bu mövzu barədə bacarıqlı olmaq müasir zamanda həddən artıq vacibdir.
  • Yaş məsələləri
    Yaş məsələləri klassik məntiq testləri növüdür. Burada həm sadə hesablama, həm təsəvvür, həm diqqət bacarıqları tələb olunur.
  • Yarışma və görüşmə problemləri
    Yarışma testlərinda müxtəlif növ yarışlarda keçirilən oyun sayı, toplanan xallar və.s. tapmaq tələb edilir. Bu testlərdə bacarıqlı olmaq üçün iti düşünmək, iti hesablamaq, yarışmanı məntiqi modelləmək tələb olunur.
  • Qrafik və cədvəllərlə iş
    Verilmiş cədvəl, qrafiklərdən verilənləri analiz etmək, lazımi bilgiləri toplaya bilmək və.s. bacarıqları test edir. Cədvəl və qrafiklərlə iş həyatımızın bir çox sahəsinə lazım olan bir bilik və vərdişdir.

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 276 100.

Sınaq testlərdə iştirak sayı: 4 423 118.

Ümumi orta hazırlıq göstəricisi: 58.53%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.84%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.86%.

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.