Bilikli.net haqqında


Bilikli.net layihəsi online məntiq testləri, informatika testləri, ingilis dili testləri və başqa sahədə olan testlərin toplandığı portaldır. Sistem veb səhifə ilə yanaşı Android app şəklində də təqdim edilir.

Sistemdə suallar, onların cavabları, sadə dildə izahları təqdim edilir, bu da istifadəçilərə magistratura, işə qəbul, attestasiya və.s. kimi imtahanlara hazırlaşmaqda kömək edir.

Bilikli.net layihəsi 2006-2007-ci illər ərzində magistratura imtahanlarına hazırlaşan bakalavrlara kömək məqsədilə yaradılmışdır və bugünədək fasiləsiz olaraq fəaliyyət göstərir.

İlk 2 ildə sayta fasiləsiz olaraq yeni suallar əlavə edilmiş, müsabiqələr keçirilmiş, 1000-ə yaxın sual bazada toplanmışdır.
Saytın başlanğıc versiya ilə 7 illik fəaliyyətindən sonra 2014-cü ilin avqustundan sayt yeni versiyası ilə fəaliyyətində yeni mərhələyə qədəm qoydu.
Hazırda həm köhnə suallar daim modifikasiya edilir, təkmilləşdirilir, həm də yeni-yeni suallar əlavə edilir. Saytın bundan sonrakı istiqaməti təkcə iq testlər yox, ümumiyyətlə geniş sahələri əhatə edən test portalı istiqamətidir.

Elvin Hacı.
Bilikli.net proyekt müəllifi.

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 268 389.

Sınaq testlərdə iştirak sayı: 4 390 764.

Ümumi orta hazırlıq göstəricisi: 58.62%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.94%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.94%.

Bloqda son yazılar

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.