Test seansı: Mövzu - Məntiq, sual sayı - 30, dərəcə - qarışıq suallar


1) [Sualın ID nömrəsi 383 ]
Saitlər əlavə edərək uyğun sözlər qurun.
Mktb - Təhsil, poçt .
rk -Daxili orqan, ?


2) [Sualın ID nömrəsi 950 ]
İki dost bir biri haqqında aşağıdakıları deyirlər.

Samir : Cəmil əsla yalan danışmaz.

Cəmil : Samir əsla yalan danışmaz.

Bu deyilənlərə görə aşağıdakılardan neçəsi doğrudur?

1.Cəmil düzgün,Samir yalan danışa bilər.

2.Samir düzgün,Cəmil yalan danışa bilər.

3.Hər ikisi yalan danışa bilər.

4.Hər ikisi doğru danışa bilər.


3) [Sualın ID nömrəsi 232 ]
Adaptasiya nədir?


4) [Sualın ID nömrəsi 5020 ]
? işarəsininin yerinə uyğun gələn ədədi seçin.

34 ↝ 19

12↝ 5

76 ↝ 55

29 ↝  ?


5) [Sualın ID nömrəsi 233 ]
Artıq olan fiquru seçin.


6) [Sualın ID nömrəsi 5169 ]
İşçi fəhlə silindrik formada olan uzun metal borunu tən ortadan bölmək üçün 12 dəqiqə vaxt sərf edirsə, 3 yerə bölmək üçün cəmi neçə dəqiqə vaxt sərf edərdi?


7) [Sualın ID nömrəsi 40 ]
Əhalisinə aid müəyyən bir xüsusiyyətə görə 5-liyə daxil olmayan 5-cini tapın


8) [Sualın ID nömrəsi 136 ]
Simmetrik şəkli bərpa et:


9) [Sualın ID nömrəsi 271 ]
Uyğunluğu tamamlayın:


10) [Sualın ID nömrəsi 478 ]
Üzüntü - 4, Qalib - 5, İstisna - 5, Müstəqillik - ?


11) [Sualın ID nömrəsi 234 ]
Tamamlayın: 1, 8, 17, 42, ?, 244,...


12) [Sualın ID nömrəsi 306 ]
Ardıcıllığı tamamlayın.
Monreal, Los Anceles, Barselona, Sidney, ? , Rio De Janeyro


13) [Sualın ID nömrəsi 519 ]
kəndir - qulluqçu - İzmir
məhsul - həbsdə olan - kumir
sərvət - azad - ?


14) [Sualın ID nömrəsi 906 ]
Ardıcıllığı tamamlayın.

4313125423350454, 74395849, 11121313 ,2344, ?


15) [Sualın ID nömrəsi 226 ]
Məntiqi uyğun gələni tapın: 6, 7, 12, 23, ?,71


16) [Sualın ID nömrəsi 510 ]
5, 10, 11, 13, 17, ?


17) [Sualın ID nömrəsi 5149 ]
Dairəvi halqa üzərində sıra ilə dayanmış uşaqlardan 4 cü ilə 13 cü tam qarşı qarşıya dayanmışdır.Dairə üzərindəki uşaqların sayını tapın.


18) [Sualın ID nömrəsi 5159 ]
Üstündə V, Ü, Q, A, R  hərfləri yazılmış 5 ədəd eyni formalı plastik oyuncaq parçanı qutunun içinə atdılar və qutunu bağlayaraq qarışdırdılar. Sonra da baxmadan dalbadal bir-bir 5 hərfin hər birini çıxardılar və yerə düzdülər.

Bu ardıcıllıq nəticəsində yerdə VÜQAR adının yazılmış olma şansı nə qədərdir?


19) [Sualın ID nömrəsi 78 ]
Hophopnamə (...) Naşir


20) [Sualın ID nömrəsi 392 ]
M.Ə.Sabirin şerindən parçanı məntiqi olaraq tamamlayın.
- Görmə! - Baş üstə, yumaram gözlərim.
- Dinmə! - Mütiyəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! - Qulağım bağlaram.
- Gülmə! - Pəkey, şamü səhər ağlaram.
- ...! - Bacarmam! Məni məzur tut.


21) [Sualın ID nömrəsi 748 ]
12,51,45,84,78,?


22) [Sualın ID nömrəsi 308 ]
Hansı domen uzantısı mövcud deyil?


23) [Sualın ID nömrəsi 826 ]
? işarəsinin yerinə uyğun gələn variantı seçin
36 → 27
78 → 71
38 → 35

42-?


24) [Sualın ID nömrəsi 853 ]
? işarəsinin yerinə uyğun gələn variantı seçin
a∇b=a+b
a∆b=a-b
(8∇6)∆(7∆4) -?


25) [Sualın ID nömrəsi 5393 ]
Həkim xəstəyə bir doza dərmanı 3 dəfəyə, hər yarım saatda bir qəbul etməyi tapşırdı və ilk hissəni dərhal içməsini tapşırdı. Xəstə nə qədər zamandan sonra dərmanı tam dozada qəbul etmiş olacaq?


26) [Sualın ID nömrəsi 5326 ]


a+b=?


27) [Sualın ID nömrəsi 947 ]
Cüt nömrəli maşınlar həftənin cüt günləri, tək nömrəli maşınlar işə həftənin tək günləri hərəkət edir. Bu qayda ilə **-BG-230 nömrəli maşın hansı günlərdə hərəkət edə bilər?


28) [Sualın ID nömrəsi 352 ]
10 nəfər aralarında idman yarışı keçirir. Hər bir kəs bir-biriylə bir dəfə oynayacaq və yekunda ilk iki yeri tutanlarsa aralarında final oyunu keçirəcək. Cəmi neçə oyun oynanılmalıdır?


29) [Sualın ID nömrəsi 163 ]


30) [Sualın ID nömrəsi 266 ]
1-0, 2-4, 3-18, 4-48, 5-100, 6-180, 7-?