Pluton haqqında bir çox mənbələrdən çoxsaylı məlumatlar oxumuşuq, şəkillərini görmüşük. Əksər kosmos şəkillərində olduğu kimi bu şəkillər də xəyali olub. Əvvəllər onu planet, indi isə planetoid hesab edirlər. Günəş sisteminin digər 8 planetinə nəzərən Günəşdən qat-qat daha uzaq məsafədə yerləşən bu kosmik cisim hər zaman astronomiya həvəskarlarının maraq dairəsində olub.
Və artıq Plutonun keyfiyyətli real şəkli mövcuddur. 9 ildir Plutona doğru yol gedən və hazırda onun 766 min kilometr yaxınlığından keçən New Horizons kosmik gəmisi Plutonun keyfiyyətli və real fotoşəklini çəkərək 5 milyard kilometr uzaqlardan bizə göndərib.
Müqayisə üçün deyək ki, indiyə qədər(keçən aya qədər) Plutonun uzaqdan çəkilən ən yaxşı şəkli aşağıdakı şəkildə soldakı dumanlı görüntü idi.
Və beləliklə Günəş sisteminin bütün 9 planetinin (və planetoid) real görüntüləri əldə edildi:
İyul 14, 2015
Buradan davam edin: Zehni inkişafınız üçün testlər - İndi başlayın!
Top 100 - IQ, İnformatika, İngilis dili üzrə