Yanlış uyğunluqlar – Məntiqi səfsətələr

Qeyd: Bu yazı Bilikli-Kurslar bölməsinə 33 dərslik Məntiqi səfsətələr kursundan nümunə bir dərsdir.

“Əcinnəyə, qulyabanıya görməmisən deyə inanmırsan, ona qalsa molekulu da görməmisən, amma ona niyə inanırsan?”

“Bir ildə avtomobil qəzalarında ölənlərin sayı terror aktlarında ölənlərin sayından daha çoxdur, terror söhbətini şişirirlər görürsən, ona qalsa avtomobil terrordan daha təhlükəlidir.”

“İdman etməyi daimi vərdişə çevirmək də zərərlidir. Narkotik, siqaret, alkoqol asılılığı orqanizmi necə məhv edirsə, digər asılılıqlar, xüsusi halda idman asılılığı da təhlükəlidir”

3 sadə nümunə verdikdən sonra tərifə keçək – 2 şeyi müqayisə edərkən onların oxşar olan xüsusiyyətlərini qabardaraq onların ümumi xassələri haqqında tələsik nəticə çıxarmaq.

Yəni iki şeyin bəzi xassələri eynidirsə, sanki onların digər xassələri də eynidir və ya oxşardır.

Burda xətalı məntiq asanlıqla görünür ki, nədədir. Bir əşyanın, təzahürün bir yox, minlərlə parametri ola bilər (rəngi, ölçüsü, xasiyyəti, ağırlığı, həcmi, quruluşu, tərkibi və.s.) – və onun 1-2 parametrinin hansısa digər əşya, təzahür ilə oxşar olması o iki şeyin davranışı haqqında yekun nəticə çıxarmağa imkan vermir.

Yəni soyuducu ağdır, içində buz var. Qar da ağdır, içində buz dənəcikləri var – bu o deməkdir ki, qar göydən yağırsa, soyuducu da göydən yağır?

Yuxarıdakı 3 nümunəmiz də bu tip sadə analiz ilə inkar edilə bilər.

Məsələn, avtomobil qəzasında terrordan daha çox şəxs dünyasını dəyişirsə, bu terrorun daha az təhlükəli olması demək deyil. Çünki bu iki ölüm səbəbi mahiyyətcə tamamilə fərqlidir. Biri təsadüfi səhvlərin cəmi nəticəsində hər il minlərlə ölümə səbəb olur, ildən ilə dəyişməsi də 1-2-5% olur uzağı. Yəni ortalama hər il bir-birinə yaxın sayda qurban götürür.

Terrorun mahiyyəti isə tamamilə fərqlidir. Kiçik bir təhlükəsizlik zəifliyi illik artımı 10-100-1000 dəfə edə bilər. (Tutalım ABŞ-da 2000-ci ildə 1-2 nəfər terrordan ölmüşdüsə, 2001-də bu rəqəm artıb 3000+ oldu). Çünki ortalama avtomobil qəzalarını planlayan olmur, terroru isə planlayan, onun üçün çalışanlar olur.
Ona görə də qurban sayına baxıb nəticə çıxarmaq kökündən yanlışdır.

Paylaşaq:

May 27, 2023

Buradan davam edin: Zehni inkişafınız üçün testlər - İndi başlayın!

Digər maraqlı yazılar

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 269 742.

Sınaq testlərdə iştirak sayı: 4 398 083.

Ümumi orta hazırlıq göstəricisi: 58.6%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.91%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.92%.

Bloqda son yazılar

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.