Bu imkan sayəsində siz xarici dildə danışan şəxs ilə canlı ünsiyyət apara bilərsiniz. Hər kəs öz dilində danışır, Google Translate canlı tərcümələr ilə bir-birinizi anlamağa kömək edir.
İstifadə etmək üçün Google Translate proqramında CONVERSATION-a klik etmək lazımdır:
Bu funksiya sayəsində siz internetin olmadığı və limitli olduğu yerlərdə, səfərlərdə olduğunuz yerin dilində internet olmadan rahat tərcümələr apara bilərsiniz.
Əgər olduğunuz yerdə divarda, posterdə və.s. yerdə başqa bir dildə yazı varsa, orada yazılanı əllə bir-bir daxil edib tərcümə etmək çox çətindir. Kamera imkanı sayəsində siz yazının şəklini çəkirsiniz, vəssalam, Google Translate sizin üçün tərcümə etmiş olur.
İstifadə etmək üçün CAMERA düyməsinə klik etmək lazımdır.
Məsələn səfərə gedərkən sizə yerli əhalidən soruşulacaq sözlər öncədən bəlli olur. Onları yazıb saxlayırsınız, və hara səfər etsəniz, eyni sualları bir klik ilə tərcümə etmiş olursunuz. Bir növ hazır suallar-cümlələr bazasıdır.
Daha çevik tərcümə üçün telefon və ya kompüterinizdə brauzerdə axtarış/sayt ünvanı xanasında rahatca tərcümə edə bilərsiniz. Lazım olan şey yazdığınız frazanın sonuna “in {Dil adı}” yazmaqdır. Məsələn
“avtobus dayanacağı in english”
Oktyabr 15, 2018
Buradan davam edin: Zehni inkişafınız üçün testlər - İndi başlayın!
Top 100 - IQ, İnformatika, İngilis dili üzrə