Fishing nədir və ondan necə qorunmalı.

Məlumat: Bu yazı informatika testləri  bölməmizdəki bir sual və onun izahı əsasında hazırlanmışdır və maarifləndirici xarakter daşıyır.

Sual: İnternetdə ən yayğın dələduzluq növlərindən biri olan bu metod əsasən belə təşkil edilir: kibercani sizin gündəlik daxil olduğunuz saytın eyni görüntülü formasını yaradır(məs: paypal,facebook və.s.) və sizə hər hansı formada oraya keçid linki göndərir, siz daxil olursunuz, ünvan yerinə fikir vermədən öyrəşiklik olduğuna görə login parolu daxil edib cəhd edirsiniz həmişəki kimi hesaba daxil olasınız. Bu zaman isə interfeys aldadıcı olduğundan sayta daxil olma əvəzinə sizin login və parol həmin adamın emailinə göndərilir. Və beləliklə o hesabınızı ələ keçirir. Bu metod necə adlanır?

a)trojan (hərfi anlamı troya atı ) b)computing (hərfi anlamı hesablama)  c)retargeting (hərfi anlamı təkrar hədəfləmə)  d) flooding (hərfi anlamı daşabasma, selə vermək) e)fishing (hərfi anlamı balıq ovu)

İzahlı cavab:
Fishing internet fırıldaqçılığın ən yayğın növlərindən biridir. Login və parolu istənilən bir saytda daxil edərkən MÜTLƏQ hər dəfə ünvan yerinə baxın, əmin olun ki, sayt məhz daxil olduğunuz saytdır, kopya görüntü yaratmış dələduz sayt deyil.

Məsələn aşağıda gördüyünüz şəkil facebook giriş səhifəsidir, lakin bu görünüşü istənilən fırıldaqçı düzəldə bilər. Sizsə hiss etmədən ora parol yazsanız, parolunuz ələ keçirilər. Ona görə də hər dəfə ünvan yerinə baxıb saytın facebook.com olduğuna əmin olun.

Screenshot from 2015-04-13 12:36:05

Paylaşaq:

Aprel 13, 2015

Buradan davam edin: Zehni inkişafınız üçün testlər - İndi başlayın!

Digər maraqlı yazılar

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 268 675.

Sınaq testlərdə iştirak sayı: 4 392 364.

Ümumi orta hazırlıq göstəricisi: 58.62%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.94%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.94%.

Bloqda son yazılar

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.