Başlıqdakı sual daim verilən ən məşhur suallrdan biri olsa da, cavabını bir çoxları tam bilmir. Ona görə də qısaca izah etmək qərarına gəldik. Sadə dillə izah etməyə çalışaq:
Mavi rəng ən çox yayılan – dağılan rəng, bənövşəyi rəng isə ən az yayılan rəngdir. (Məhz buna görə də xəbərdarlıq, təhlükə və.s. nişanları, yazıları az yayılan rənglərdən biri qırmızı rəngdə olur. Az yayılma o deməkdir ki, bu rəngdə olan nişan diqqəti daha tez cəlb edir.).
Məlum olduğu kimi, tam işıq ağ rəngdə olur və bu ağ işıq 7 rəngin birləşməsindən yaranır(göy qurşağı rənglərini yadınıza salın)
Əgər işıq ilə bizim aramızda heç bir maneə olmazsa biz işığı olduğu kimi, ağ rəngdə görmüş olarıq. Məsələn kosmonavtlar kosmosdan günəşə baxanda günəş onlara məhz ağ rəngdə görünür, yəni arada bir maneə yoxdur deyə öz rəngində görünür. Daha bizə göründüyü kimi narıncı alov rəngində yox. Günəş şüaları Yer kürəsinə daxil olanda atmosferdə filtrindən keçərək bizə çatır, ona görə də bu filtrlərdən keçmə zamanı tez dağılan rənglər Yer səthinə çatmadan atmosferdə dağılır, yayılmayan rənglər isə gəlir səthə çatır. Və biz gəlib çatan şüaların rəngini görürük, qırmızı, narıncı tipli rəngləri. Yayılan rənglər isə səmadaca qalır və səma mavi rəngə bürünür.
Diqqət etsək görərik ki Günəş batarkən və çıxarkən bizə daha tünd narıncı rəngdə görünür, çünki aramızdakı maneələr-filtrlər çoxalır, günorta vaxtı isə aramızdakı maneə filtrlərin ən kiçik olan vaxtıdır deyə Günəş real rənginə daha çox bənzəyir, tünd narıncı yox, daha şox ağ rəngə meylli olur.
Yəqin ki, səbəb ümumən aydın oldu. Təbii ki yazıda verdiyimiz izahlar sadə dillə yazılıb və özündə bütün elmi açıqlamanı əks etmirmir, əslində isə bunun elmi izahı insanlığa çətin başa gəlmişdir, çünki bu faktı açmaq üçün xeyli baza biliyi lazım idi. İlk dəfə bu sirrin izahını 1899-cu ildə ingilis alim Uilliam Strerr vermişdir.
Sentyabr 17, 2014
Buradan davam edin: Zehni inkişafınız üçün testlər - İndi başlayın!
Top 100 - IQ, İnformatika, İngilis dili üzrə