Azərbaycanda ilk məntiq testləri saytı

Son yenilənmələr.

07/01/09: DİQQƏT: Müsabiqə 25 start götürdü!

26/11/08: Saytın forumunda yeni, TƏLƏBƏ FORUMU bölməsi açıldı.

24/11/08: İzahlı testlər bölməsindəki izahlı məntiq testlərinin sayı 100-ə çatdı!

10/11/08: DİQQƏT!!! Saytda olan testlərin düzgün cavablarını birbaşa öyrənə bilərsiniz!

Məntiq testləri

Saytda olan bütün məntiq testləri bu bölmədə yerləşir.
Nümunə:
YENİ, 50 SUALLI MƏNTİQ TESTİ-2, MAGİSTRATURAYA HAZIRLAŞANLAR ÜÇÜN!!!
50 SUALLI MƏNTİQ TESTİ, MAGİSTRATURAYA HAZIRLAŞANLAR ÜÇÜN!!!
Başa çatmış Müsabiqə 23 - ün sualları!

Əlavələr

Saytda məntiq testlərinə birbaşa aidiyyatı olmayan materialların bu bölmədə yerləşir. Nümunə: Bilikli Kiril-Latın konverter, İntuisiya yoxlama oyunu.

İzahlı həllər

Saytda olan 410 test həlli ilə verilmədiyindən bəzi testlərin cavabları və onların izahı maraq doğura bilər . İstədiyiniz İQ testin nömrəsini əlaqə bölməsində qeyd edin, qısa zamanda izahlı həll bölməsində izahlı cavablar olacaq. Artıq sağ sütunda 3 variant testlər cavablarla birgə verilmişdir!

İnformasiya

İntellekt - düşünmək üçün əqli bacarıq, qərar vermə, abstrakt düşünmə, material mənimsəmə qabiliyyəti barəsində işlənən termindir. İntellekt müxtəlif üsullarla ölçülür. İQ testlər də bu məqsədlə yaradılıb. İlk dəfə intellekt testini 19-cu əsrdə fransız psixoloqu Alfred Binet tərtib etmişdir. Bu test əvvəllər Fransada populyarlaşmamışdır. New Jersey (Nyu Cersi)-də əqli zəif uşaqlarçün olan məktəbin direktoru Henry Goddard onu Amerikaya gətirmişdir və bundan sonra psixoloq Lewis Terman (Lüis Terman) onu təkmilləşdirmişdir. 1916-da ilk dəfə Stanford-Binet Intelligence Scale adıyla çap olunmuşdur. Daha sonra o bu adı qısaldaraq İQ (intelligence quotient-intellekt ölçüsü) qoymuşdur. Ümumiyyətlə bu termini ilk dəfə 1912-də alman psixoloqu William Stern təklif edib. O, əmsalı bu cür hesablayırdı: 6 yaşlı qız testdə 9 yaşlı qızın nəticəsini göstərirsə onda onun İQ əmsalı 1.5-dir.

Hazırda ən məşhur intellekt testləri Stanford-Binet, Wechsler Intelligence Scale for Children (WISC), Wechsler Adult Intelligence Scale (WAIS), Kaufman Assessment Battery for Children (Kaufman-ABC) testləridir. Bu saytın yaradılmasında məqsədlərdən biri də Azərbaycan türkcəsində məntiq test bazası yaratmaq, istifadəçilərin bu testlərlə işləmə bacarığını artırmaq, sualların bəzi həll texnikalarını göstərməkdir.

Saytdakı qeydiyyatlı istifadəçilərimizin sayı 585 nəfərdir.

MyCounter - Ваш счётчик