Mini yarışma - Tur 1: Çəmənliyə düşən lövhəciklər və şəkil parçası


Sual 1 – Asan sual.
 Bu şəkil bütöv bir fotodan kəsilmiş hissədir. Bu açar parçadan istifadə edərək düşünərək tapın ki, bu şəkil Azərbaycanın hansı rayonunda çəkilmişdir?
Screenshot from 2015-10-21 11:27:34
Sual 2 – Nisbətən çətin sual:
Həyətdə eni və uzunluğu 10 metr olan kvadrat formalı çəmənlik var.
Bir eksperiment aparmaq üçün çəmənliyin ətrafına qıraq təpə hissələrindən keçməklə  boya ilə böyük bir dairə çəkdik(şəkildəki kimi).
cemen
Dostlarımızla birgə oradan bir neçə metr uzaqlaşıb çəmən tərəfə baxmadan tam təsadüfi qaydada o istiqamətdə balaca plastmas lövhəciklər atırıq. Gün ərzində 2000 lövhəcik atmış olduq.
Yekunda lövhəciklərin haraya düşməsinə baxmaq üçün oraya yaxınlaşırıq. Kənara düşənləri sayıb görürük ki, lövhəciklərin düz 10%-i səhv atışlara görə dairədən kənar əraziyə düşüb, onları bir kənara qoyuruq və dairənin içərisinə daxil oluruq. Qalanlar təbii ki, hamısı dairədən içəridədir. Çəmənliyin üstündə olan lövhəcikləri bir sayırıq və çəmənlikdən kənarda olan lövhəcikləri ayrı sayırıq. Sizcə çəmənliyin üstündə təxminən nə qədər lövhəcik olmuş ola bilər və niyə məhz o qədər?
Diqqət: Lövhəcikləri təsadüfi qaydada atdığımıza görə dəqiq cavab olması mümkün deyil. Ona görə də təxminən nə qədər lövhəcik olmasını tapmaq lazımdır. Və ən əsası bu nəticəyə haradan gəldiyinizi qısa da olsa əsaslandırmanız lazımdır. Əks halda sadəcə say yazmaq qəbul edilmir.

Düzgün cavablar (göstər/gizlət)

İzahlı cavablar (göstər/gizlət)

Nəticə:
100-dən çox iştirakçı sualları həll etməyə başlasa da, yəqin ki 2-ci sualın bir qədər çətin olmasına görə bundan xeyli sayda az - 15 cavab tamamlanaraq göndərilmişdir.
Düzgün cavabı ilk göndərən iştirakçı Samir Agayarov ilk turun qalibi oldu. Təbrik edirik. Düzgün cavabı bir qədər gec də olsa göndərən digər istifadəçilərimiz isə: Parviz İsgandarov, Çingiz Məmmədov və Star New oldu.

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 269 587.

Sınaq testlərdə iştirak sayı: 4 397 115.

Ümumi orta hazırlıq göstəricisi: 58.6%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.91%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.93%.

Bloqda son yazılar

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.