Səfsətələr – İllustrasiyalı kurs


Səfsətələr – İllustrasiyalı kurs

Nəyimə lazımdır?
Ünsiyyət, aış-veriş, qərar vermə, mübahisə və.s. insani münasibətlər zamanı aldadılmağa, manipulyasiya edilməyə qarşı məntiqi silahlanman üçün çox lazımlı qısa bilgilər mənimsəyə bilərsiniz.

Gündəlik həyatımızda başqaları tərəfindən manipulyasiya edilmək, aldadılmaq, haqsiz çıxarılmaq və.s. kimi neqativ halların əksərinin səbəbi məntiqi səfsətələr haqqında az məlumatlı olmağımızdır. Bu kurs məhz bu probleminizi həll etmək üçün nəzərdə tutulmuşdur. Kursda 40-a yaxın məntiqi səfsətəni asan dillə, illustrasiyalarla, testlərlə öyrənin, bundan sonra sizə qarşı tətbiq edilən məntiqi hiylələrə qarşı əla müdafiə bacarığı qazanmış olun.

Dərslər uzundur?
Xeyr. Dərslər qısa-qısadır və çox az zaman ayıraraq bitirə bilərsiniz. İzahedici illustrasiya + bir azca mətn + 1-2 yoxlama sualı olur.
Ən sonda yekun imtahan testi + sertifikat.

İzahlı lüğətdə səfsətə nədir, əvvəlcə ona nəzər salaq:
zahirən doğru və məntiqi qaydalara uyğun olub, həqiqətdə doğru olmayan müddəa, qarşıdakını susdurmaq üçün həqiqətə oxşadılmış yalan.

Bəli, səfsətəyə məntiqi xəta da deyə bilərik. Qarşıdakı dərslərdə ən tanınmış və günlük həyatda bizi manipulyasiya etməyə, aldatmağa çalışan səfsətələrlə tanış olacağıq. Kurs boyu ümumən 40-dan çox səfsətə haqqında danışacağıq.

Haydı, getdik.

Sunk Cost – Batmış xərc Əlavə düzəlişlər səfsətəsi – Ad Hoc Dəxlisiz bağlantı qurmaq – Post Hoc Qorxuya istinad – Appeal to fear Bu əsl şotland deyil – No true Scotsman Seçib göstərmək – Cherry Picking Şəxsi təcrübəyə əsaslanmaq – Anecdotal-Evidence Kompleks sual – Plurium interrogationum Yanlış dilemma – False dilemma Şübhəli səbəb xətası – Questionable cause Şəxsi hədəf almaq – 1: Ad Hominem Şəxsi hədəf almaq – 2: Guilt by association Boynuna qoymaqla yola gətirmək – Ad Personam Avtoritetli mənbəyə istinad – Appeal To Authority Çoxluğa uymaq – Argumentum Ad Populum Sorites paradoksu Ənənəyə istinad – Appeal to tradition Yanlış uyğunluqlar – False analogy İstisna etmək xətası – Exception İsbata məcburetmə – Ad Ignorantiam Müqəvva modeli – Straw man Öz-özünə istinad – Circular reasoning Sürüşkən keçid – Slippery Slope Hisslərə xitab etmək – Appeal to emotion Susmaq razılıq əlamətidir – Silentio Bəxtə bağlama – Appeal To Luck Məşhurlara istinad – Appeal To Celebrity Öyrəşilən praktikaya uymaq – Appeal to Common Practice Təbii olan faydalıdır – Naturalistic fallacy İnduksiya və Deduksiya Bonus dərs – daha 11 səfsətə haqqında qısa-qısa Yekun test Gəldik sona

Qeydlər:

  • Kursun məzmununu görmək üçün hesaba giriş etmək lazımdır.
  • VİP istifadəçilər kursun bütün məzmununu əldə edirlər, sadə statuslu istifadəçilər isə yalnız ilk 3 dərsi görə bilərlər.
  • Dərslərin və illustrasiyaların müəllifi Bilikli.net layihəsidir, bütün hüquqlar qorunur.

Paylaşaq: