Nəyimə lazımdır?
Ünsiyyət, aış-veriş, qərar vermə, mübahisə və.s. insani münasibətlər zamanı aldadılmağa, manipulyasiya edilməyə qarşı məntiqi silahlanman üçün çox lazımlı qısa bilgilər mənimsəyə bilərsiniz.
Gündəlik həyatımızda başqaları tərəfindən manipulyasiya edilmək, aldadılmaq, haqsiz çıxarılmaq və.s. kimi neqativ halların əksərinin səbəbi məntiqi səfsətələr haqqında az məlumatlı olmağımızdır. Bu kurs məhz bu probleminizi həll etmək üçün nəzərdə tutulmuşdur. Kursda 40-a yaxın məntiqi səfsətəni asan dillə, illustrasiyalarla, testlərlə öyrənin, bundan sonra sizə qarşı tətbiq edilən məntiqi hiylələrə qarşı əla müdafiə bacarığı qazanmış olun.
Dərslər uzundur?
Xeyr. Dərslər qısa-qısadır və çox az zaman ayıraraq bitirə bilərsiniz. İzahedici illustrasiya + bir azca mətn + 1-2 yoxlama sualı olur.
Ən sonda yekun imtahan testi + sertifikat.
İzahlı lüğətdə səfsətə nədir, əvvəlcə ona nəzər salaq:
“zahirən doğru və məntiqi qaydalara uyğun olub, həqiqətdə doğru olmayan müddəa, qarşıdakını susdurmaq üçün həqiqətə oxşadılmış yalan.“
Bəli, səfsətəyə məntiqi xəta da deyə bilərik. Qarşıdakı dərslərdə ən tanınmış və günlük həyatda bizi manipulyasiya etməyə, aldatmağa çalışan səfsətələrlə tanış olacağıq. Kurs boyu ümumən 40-dan çox səfsətə haqqında danışacağıq.
Haydı, getdik.
Qeydlər:
Paylaşaq: