Mini yarışma - Tur 5 – 3 suallı tur


Sual 1:  Tutaq ki, hər gün işə və ya dərsə sürət axını ortalama 30km/saat olan şəhər daxili yolda avtomobil içində yol gedirsiniz. 1 il ərzində bir neçə dəfə Təcili Yardım avtomobilinə rast gəlirsiniz. Nədənsə bir çox hallarda təcili yardım maşını məhz qarşı tərəfdən gəlir, yəni siz gedən yolun əks istiqamətində gəlir, sonra üz-üzə gəlir, keçir gedir. Sizinlə eyni istiqamətdə də təcili yardım maşınları görmüsünüz, amma bu üz-üzə gələnlərdən sayca çox-çox az olur. Yəni, tutaq ki, bir il ərzində yolda 20 dəfə təcili yardım görmüsünüzsə, bunun azı 15-18-i qarşı tərəfdən gələn olur. Bu fərziyyə yox, real statistikaya əsaslanan faktdır. Sizcə niyə belə olur? Yəni bunun elmi əsaslandırması nə ola bilər?

Sual 2: Fərz edək ki, müəyyən bir kolbanın içindəki mayedə bakteriyalar artmağa başladı, onların sayı öncə 1 idi, hər saniyə iki dəfə artmaqla çoxalmağa davam elədi. 35 saniyəyə kolbadakı maye tam olaraq bakteriyalara bürünmüş oldu. Neçənci saniyənin sonunda mayenin yarısı bakteriyalar ilə dolmuşdu?

Sual 3: Verilmiş informasiyada əsas səhvi göstərin:

“Xəzər Dənizi(və ya Xəzər Gölü) və Qara Dəniz bir-birindən təxminən 5.5 milyon əvvəl ayrılıb. Buna səbəb baş vermiş bəzi tektonik hadisələr nəticəsində Paratezis dənizinin(və ya okeanının) bir neçə yerə bölünməsi olmuşdu. Bu zaman regionda yaşayan qədim insanlar arasında böyük tələfatlar olduğu da güman edilir.  Prosesdən sonra Azov, Qara və Aralıq dənizlərinin okeanla əlaqəsi qaldığına görə onlar dəniz olaraq qaldılar, Xəzər dənizinin isə okeanla əlaqəsi kəsildi deyə gölə çevrilmiş oldu.”


Düzgün cavablar (göstər/gizlət)

Nəticə:
Tur 5 başa çatdı. Təəssüf ki, verilmiş vaxtıb əlavə 4 gün uzadılmasına rəğmən 3 sualın 3-nə doğru cavab verən iştirakçı olmadı. Ona görə də qalibləri 2 düzgün cavab verənlər arasından seçməli oluruq.
1-ci yer: 2 düzgün cavabı ilk göndərən iştirakçı - elcin834
2-ci yer: 2 düzgün cavabı ikinci göndərən iştirakçı - NadirAga

Qaliblərlə email vasitəsi ilə əlaqə saxlayacağıq. Təbrik edirik.

Artıq üzvəm, giriş et

Qeydiyyatdan keçirəm

Statistik məlumat

Bilikli.net üzvlərinin sayı: 269 587.

Sınaq testlərdə iştirak sayı: 4 397 115.

Ümumi orta hazırlıq göstəricisi: 58.6%.

Oğlanlar üzrə hazırlıq göstəricisi: 55.91%.

Qızlar üzrə hazırlıq göstəricisi: 59.93%.

Bloqda son yazılar

Top 5 - Məntiq

qasimovbaxsali - 1329 bal xtremal93 - 1325 bal Ferhad Kazimov - 1312 bal heyder-necefli - 1293 bal Agim - 1278 bal

Top 100 - IQ, İnformatika, İngilis dili üzrə

Layihə haqqında

Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.