Sual 1: İşıq saçan + ədat = rayon adı. Hansı rayon adı alınır onu tapın.
Sual 2: Verilən temperatur göstəricilərindən hansı mümkün olan və variantlar içində ən soyuq olan temperatur göstəricidir? -1000000 °C, -200 °C, 0 °C, -1300 °C, -10001 °C. Cavabı əsaslandırmanız vacibdir.(qısa da olsa, səbəbi qeyd edin ki, niyə filan variantı seçirsiz)
Sual 3: Ekran növü Full HD (1920×1080 piksel) olan smartfonun ekranının eni 5 sm, hündürlüyü isə 10 sm olarsa, onda 1 sm2 əraziyə ekranda neçə piksel düşür?
Nəticə:
Tur 4 başa çatdı. Göndərilən 45 cavabın içində bütün suallara düzgün cavabı ən tez göndərən iştirakçı NadirAga, ikinci olaraq göndərən isə Bahruz.Novruzov oldu. Qalibləri təbrik edirik.
Yeni tur yaxın günlərə planlaşdırılıb..
Top 100 - IQ, İnformatika, İngilis dili üzrə