Bu tur artıq başa çatmışdır.
Bilikli.net mini-yarışma hər turu bir və ya iki sualdan ibarət hədiyyəli yarışmadır.
Yeni tur aktiv olan kimi dərhal bu barədə Facebook səhifəmizdə elan veririk. Tur başlamadan öncə başlama vaxtı haqqında məlumat almaq istəyirsinizsə, buradan sayt yeniliklərinə email abunə olmaqla öncədən email bildiriş ala bilərsiniz.Sual 1: Asif 60 dəqiqəlik mp3 formatlı səsli kitabı(audio-kitab) 45 dəqiqəyə dinləyib bitirdi. O heç bir hissəni ötürmədi, əvvəldən axıradək tam dinlədi. Bu necə mümkün ola bilər?
Sual 2: Asif lotereya kartı alıb canlı yayım ilə oyunu izləyir. Kartın nömrəsi 7 rəqəmlidir. Cek pot üçün 7 rəqəm çəkilməlidir. 6-sı çəkilib və hamısı Asifin kartındakı nömrə ilə düz gəlir. Yalnız sonuncu say qalıb. Bu durumda Asifin cek potu udmaq şansı neçə faizdir?
Sual 3: Azərbaycanın şərqində yerləşən ən sonuncu şəhər hansıdır?
Sual 4: Ardıcıllığı tamamlayın : 31, 28, 31, 30, 31, ?
Sual 1: Söhbət audio kitabdan gedir deyə 60 dəqiqəlik kitabı 45 dəqiqəyə dinləmək üçün audio kitabı oxudan proqramda oxuma sürətini təxminən 33% artırmaq olar. (Neçə faiz artırılması sualda soruşulmurdu deyə bu hissəyə cavab vermək önəmli deyildi, əsas ideyanın özünü tapmaq idi ki, Asif necə dinləyib ki, daha tez bitirib)
Sual 2: Lotoreya zamanı bir bir çəkim aparılırsa, o zaman hər dəfə 10 rəqəmdən biri çıxmalıdır.(10-dan böyük ola bilməz, çünki bir rəqəmli ədədlər yalnız 10 dənədir: 0,1,2,3,4,5,6,7,8,9). Asifdə də sonuncu rəqəm bu rəqəmlərdən yalnız biridir. Deməli şans 1/10-dur yəni 10%.
Sual 3: Ən şərqdə yerləşən şəhərimiz Bakı şəhəridir. Bakı şəhərindən sağda da məntəqələr var, yalnız bunlar kənd və ya qəsəbə statusuna malikdirlər, biz isə şəhəri soruşmuşduq.
Sual 4: 31, 28, 31, 30, 31, ? - bu ilin aylarının gün sayı ardıcıllığıdır. yanvar, fevral, mart. aprel, may, ? Deməli sual işarəsi iyuna uyğundur, iyun isə 30 gündür. Cavab 30. Bəzi isfifadəçilər bu sualda ədədlər arasında müəyyən məntiqi artım tapmağa çalışıb fərqli cavablar veriblər. Bu tip məntiqlər: 31-lər tək sırada sabit qalır, cüt cıra isə olur 28, 30, ? Və buradan sual işarəsi üçün qayda tapmağa çalışıblar. Nəzərinizə çatdıraq ki cəmi 3 ədəd ilə ardıcıllıq üçün vahid məntiq düşünmək mümkün deyil. Çünki nə qədər məntiq istəsək tapa bilərik. 28, 30, 32 də düz olar, 28, 30, 34 də, 28, 30, 38 də, 28, 30, 28 də düz olar və.s. Yəni hər biri üçün bir artım düsturu tapmaq olar.
Ona görə də məsələyə elə tərəfdən yanaşmaq lazımdır ki, həll VAHİD olsun. Yalnız VAHİD həll sualın cavabının düz tapıldığına dəlalət edər.
Sistemimizdə olan bütün testlərin, sualların izahlı cavabları yalnız VİP statuslu istifadəçilər üçün aktivdir.
VİP status əldə edin.
Nəticə:
Tur 3 uzadılan 2 gündən sonra başa çatdı. 4 sualın 4-nə də yalnız bir iştirakçı cavab verərək qalib oldu: Ayinka
İkinci yer üçün də hədiyyəmiz olduğundan 3 doğru cavab verən istifadəçilər arasından seçməliydik. 3 doğru cavab göndərən istifadəçi sayı xeyli olduğundan ən birinci 3 düzgün cavab göndərən 2 iştirakçını 2-ci yerin qalibi elan edirik. Bu istifadəçilər Telebe121 və Parviz1986 oldu.
Qalibləri təbrik edirik.
Bu tur artıq başa çatmışdır. Yeni tur haqqında
buradan xəbər tutmaq olar.