Bu tur artıq başa çatmışdır.
Bilikli.net mini-yarışma hər turu bir və ya iki sualdan ibarət hədiyyəli yarışmadır.
Yeni tur aktiv olan kimi dərhal bu barədə Facebook səhifəmizdə elan veririk. Tur başlamadan öncə başlama vaxtı haqqında məlumat almaq istəyirsinizsə, buradan sayt yeniliklərinə email abunə olmaqla öncədən email bildiriş ala bilərsiniz.1. Dardanel boğazı olmasaydı, yerində torpaq olsaydı, indiki dünya xəritəsində neçə dəniz əksik olardı və bunlar hansı dənizlər olardı?
2. Orta əsrlərdə indiki Hindistan, Çin, İndoneziya və.s. ərazilərindən Avropaya quru və dəniz yolu ilə Avropa üçün yeni olan xeyli ədviyyat və qida növləri gətirilirdi (çay, xörək ədviyyatları, qəhvə, şəkər və.s.). Sürətlə yayılan içki-qida növlərindən biri də çay idi. Tezliklə Avropalılar çayı gəldiyi yerlərdəkitək (Çində) soyuq yox, isidərək içməyə başladılar. Buna əsas səbəb sizcə nə idi?
3. Aşağıdakı şəkil Azərbaycanın hansı rayonunda çəkilmiş şəkildən bir parçadır?
1. 3 dəniz əksik olardı. Qara, Azov, Mərmərə. Şəkildəki kimi
2. Əsl səbəb çay ilə birgə Avropalılar üçün yeni olan şəkər idi, şəkər isti suda tez əridiyinə görə çayı şəkərlə və isti içmək dəbə minmişdi. Amma soyuq iqlimin də buna öz təsiri olmuş ola bilər.
3. Şəkil Ağcabədi rayonunda çəkilmiş şəkildir. Bildiyimiz kimi Üzeyir bəyin adı əsasən iki rayonla assosasiya olunur: Təhsil alıb yaşadığı Şuşa və doğulduğu Ağcabədi. Şəkildə heykəlin adından son hissə görünür, o da latın qrafikasındadır. Şuşa isə 1992-ci ildən işğal altındadır deyə orada latın əlifbasında yazısı olan heykəlimiz hələ ki, yoxdur.
Sistemimizdə olan bütün testlərin, sualların izahlı cavabları yalnız VİP statuslu istifadəçilər üçün aktivdir.
VİP status əldə edin.
Nəticə:
Müsabiqənin bu turunda ilk 3 gündə 3 tam düzgün cavab olmadığına görə daha 3 gün uzadıldı. O 3 gün də bitdiyində 3 tam düzgün cavab olmadı. Ona görə də verilmiş cavablar içindən 3 tam düzgünə ən yaxın olan cavab müəllifini qalib elan edirik. Bu Ülker Eliyeva oldu. Onun 2 cavabı tam düz, 1 cavabı isə qismən düz idi. Təbrik edirik.
Bu tur artıq başa çatmışdır. Yeni tur haqqında
buradan xəbər tutmaq olar.