İşə qəbul, dövlət qulluğu, attestasiya, müsabiqə, magistratura qəbul imtahanlarına hazırlaşanlar və zehnini daim inkişaf etdirənlər üçün. Test-sınaq portalı
Diqqət: Siz hazırda sualları sadəcə görə bilirsiniz, sualları həll etmək, neçə bal topladığınızı görmək, düzgün cavablarla tanış olmaq üçün hesaba giriş edin, sonra bu səhifəyə qayıdıb səhifəni yeniləyin
1) [Sualın ID nömrəsi 495 ]A və B arasında şahmat oyununa start verildi və bir neçə gediş sonra A oyunçusu öz səhvindən 2 fiqurunu itirdi. 2 fiqurun hansı fiqurlar olduğunu bilmirik. Bu halda şahmat taxtasında cəmi 15 piyadanın qalması ehtimalını tapın. (Startda hər oyunçunun 2 atı, 2 topu, 2 fili, 1 vəziri, 1 şahı və 8 piyadası olur. Qəbul edilir ki şah fiqurları itirilə bilməz.)
2) [Sualın ID nömrəsi 4971 ]Ardıcıllığı tamamlayın. 3432,12126,22212,?
3) [Sualın ID nömrəsi 177 ]Küçədəki binaları 1-dən 150-dək olan 150 evi nömrələmək üçün zavoda metal rəqəmlər düzəltmək sifarişi verilir. Zavod üzərində 2 rəqəmi olan neçə ədəd lövhəcik düzəldəcək?
4) [Sualın ID nömrəsi 5545 ]4 nəfər gecə vaxtı dar körpüdən keçməlidir. Onların 1 fənəri var və fənərsiz körpüdən keçmək olmaz. Körpüdən eyni anda ən çox 2 nəfər keçə bilər, birlikdə gedəndə yavaş olanın sürəti ilə gedirlər. Keçmə vaxtları: 1, 2, 5 və 10 dəqiqə. Hamının qarşı tərəfə keçməsi üçün minimum neçə dəqiqə lazımdır?
5) [Sualın ID nömrəsi 83 ]Çatışmayan ədədi tapın 3, 5, 7, 11, 17, 27, ?
6) [Sualın ID nömrəsi 801 ]? işarəsinin yerinə uyğun gələn variantı seçin
7) [Sualın ID nömrəsi 5279 ] Doğru olanı göstər.
8) [Sualın ID nömrəsi 747 ]13 (52) 15 14 (106) 18 19 (?) 17
9) [Sualın ID nömrəsi 51 ]Çatışmayan ədədi tapın 34, 14, 62, 47, 23, ?
10) [Sualın ID nömrəsi 956 ]4 dost hər biri gördükləri işin sonunda 10 min azn pul qazanmış oldular. Bu pulu hər biri bir cür yatırmaq qərarına gəldi. 1-ci dost: Pulu illik 14% olmaqla 5 illiyə banka yatırdı və hər ilin sonunda illik faizləri götürdü. 2-ci dost: Bu pula eyni dəyərdə olan torpaq sahəsi aldı. 3-cü dost: Bu pula eyni dəyərdə olan kiçik bir daşınmaz əmlak alıb onu aylıq 100 azn-ə icarəyə verdi. 4-cü dost: Bu pula qızıl külçələri aldı. 5 il sonra 5 il əvvələ nisbətən qızıl 50%, daşınmaz əmlak 25%, torpaq isə 80% bahalaşmış oldu. İndi tapın ki, 5 il sonra hansı dostun yatırımı daha sərfəli olmuş oldu? (Sadəlik üçün sualda verilən şərtlər ilə kifayətlənmək lazımdır, inflyasiya, amortizasiya kimi əlavə mürəkkəb faktorlar nəzərə alınmamalıdır)
Artıq üzvəm, giriş et
Qeydiyyatdan keçirəm