DISC Assessment testi



Disc Assessment: Psixoloq William Moulton Marston tərəfindən hazırlanmış DISC qiymətləndirməsi dörd fərqli davranış xüsusiyyətini cəmləyən bir davranış qiymətləndirmə vasitəsidir:

Dominance - Üstünlük, dominantlıq, liderlik,

Influence - Təsirlilik, təsir etmə bacarığı,

Steadiness - Sabitlik, stabillik, dayanıqlılıq,

Conscientiousness - Vicdanlılıq.

Testi həll etməklə bu 4 cəhətdən hansının sizdə özünü daha çox biruzə verdiyini kəşf edirsiniz.


Mən məsuliyyət götürməkdən və başqalarına rəhbərlik etməkdən zövq alıram


Mən fəal şəkildə çətin tapşırıqlar axtarıram


Məni tez-tez sözü birbaşa deyən, həm də iddialı bir insan hesab edirlər


Mən çevik və əminlik hissi ilə qərar qəbul etməyə meylliyəm


Mən dinamik, çevik dəyişikliklər olan bir mühitdə işləməyə üstünlük verirəm


Mən ünsiyyətciləm və yeni insanlarla da tanış olmaqdan zövq alıram


Mən inandırıcı görünə bilən və mövzulara həvəslə dalan aktiv bir ünsiyyətçiyəm


Mən müsbət enerjili və yaxşı əhvallı biri kimi tanınıram


Mən tez-tez başqalarına təsir etmək, fikirlərini dəyişmək, qərar vermələri üçün sosial bacarıqlarımdan istifadə edə bilirəm


Mən optimistəm və problemlərə deyil, imkanlara, fürsətlərə diqqət etməyi, fokuslanmağı bacarıram


Mən işimdə sabitliyi daha çox qiymətləndirirəm və rutin, sakit, sabit iş axışına üstünlük verirəm


Mən səbirliyəm və yaxşı dinləyici hesab edilirəm


Mən başqalarına empatiya bəsləyən biriyəm və lazım olanda özüm birinci kömək təklif edirəm


Rəqabətli situasiyalardansa birgə işə üstünlük verirəm


Mən münasibətlərdə harmoniyanın qorunmasını yüksək qiymətləndirirəm


İşimdə xırda detallara və dəqiqliyə çox diqqət yetirirəm


Mən mücərrəd və konkret olmayan fikirlərdənsə dəqiq fakt və rəqəmlərlə işləməyə üstünlük verirəm


Yüksək standartlarım var və onlara ciddi qaydalarla əməl edirəm


Mən hər sahədə ciddi strukturlaşmanı və təşkilatlanmanı qiymətləndirirəm


Mən ehtiyatlıyam və şəxsi məlumatları paylaşmamağı üstün tuturam