Bu tur artıq başa çatmışdır.
Bilikli.net mini-yarışma hər turu bir və ya iki sualdan ibarət hədiyyəli yarışmadır.
Yeni tur aktiv olan kimi dərhal bu barədə Facebook səhifəmizdə elan veririk. Tur başlamadan öncə başlama vaxtı haqqında məlumat almaq istəyirsinizsə, buradan sayt yeniliklərinə email abunə olmaqla öncədən email bildiriş ala bilərsiniz.Sual 1 – Asan sual.
Bu şəkil bütöv bir fotodan kəsilmiş hissədir. Bu açar parçadan istifadə edərək düşünərək tapın ki, bu şəkil Azərbaycanın hansı rayonunda çəkilmişdir?
Sual 2 – Nisbətən çətin sual:
Həyətdə eni və uzunluğu 10 metr olan kvadrat formalı çəmənlik var.
Bir eksperiment aparmaq üçün çəmənliyin ətrafına qıraq təpə hissələrindən keçməklə boya ilə böyük bir dairə çəkdik(şəkildəki kimi).
Dostlarımızla birgə oradan bir neçə metr uzaqlaşıb çəmən tərəfə baxmadan tam təsadüfi qaydada o istiqamətdə balaca plastmas lövhəciklər atırıq. Gün ərzində 2000 lövhəcik atmış olduq.
Yekunda lövhəciklərin haraya düşməsinə baxmaq üçün oraya yaxınlaşırıq. Kənara düşənləri sayıb görürük ki, lövhəciklərin düz 10%-i səhv atışlara görə dairədən kənar əraziyə düşüb, onları bir kənara qoyuruq və dairənin içərisinə daxil oluruq. Qalanlar təbii ki, hamısı dairədən içəridədir. Çəmənliyin üstündə olan lövhəcikləri bir sayırıq və çəmənlikdən kənarda olan lövhəcikləri ayrı sayırıq. Sizcə çəmənliyin üstündə təxminən nə qədər lövhəcik olmuş ola bilər və niyə məhz o qədər?
Diqqət: Lövhəcikləri təsadüfi qaydada atdığımıza görə dəqiq cavab olması mümkün deyil. Ona görə də təxminən nə qədər lövhəcik olmasını tapmaq lazımdır. Və ən əsası bu nəticəyə haradan gəldiyinizi qısa da olsa əsaslandırmanız lazımdır. Əks halda sadəcə say yazmaq qəbul edilmir.
1. Göyçay. Şəkil Nar abidəsindən bir parçadır.
2. Təxminən 1100-1150 ədəd.
Sistemimizdə olan bütün testlərin, sualların izahlı cavabları yalnız VİP statuslu istifadəçilər üçün aktivdir.
VİP status əldə edin.
Nəticə:
100-dən çox iştirakçı sualları həll etməyə başlasa da, yəqin ki 2-ci sualın bir qədər çətin olmasına görə bundan xeyli sayda az - 15 cavab tamamlanaraq göndərilmişdir.
Düzgün cavabı ilk göndərən iştirakçı Samir Agayarov ilk turun qalibi oldu. Təbrik edirik. Düzgün cavabı bir qədər gec də olsa göndərən digər istifadəçilərimiz isə: Parviz İsgandarov, Çingiz Məmmədov və Star New oldu.
Bu tur artıq başa çatmışdır. Yeni tur haqqında
buradan xəbər tutmaq olar.