Bilikli.net https://bilikli.net Onlayn test-sınaq portalı - Məntiq testləri, İnformatika testləri, İngilis dili testləri Tue, 28 Sep 2021 11:33:02 +0000 az hourly 1 https://wordpress.org/?v=6.0 Google Translate ilə mümkün olan 5 faydalı imkan https://bilikli.net/google-translate-il%c9%99-mumkun-olan-5-faydali-imkan/ https://bilikli.net/google-translate-il%c9%99-mumkun-olan-5-faydali-imkan/#respond Mon, 15 Oct 2018 15:31:22 +0000 https://bilikli.net/?p=3875 1. Sinxron tərcümə

Bu imkan sayəsində siz xarici dildə danışan şəxs ilə canlı ünsiyyət apara bilərsiniz. Hər kəs öz dilində danışır, Google Translate canlı tərcümələr ilə bir-birinizi anlamağa kömək edir.

İstifadə etmək üçün Google Translate proqramında CONVERSATION-a klik etmək lazımdır:

2. Offline Tərcümə

Bu funksiya sayəsində siz internetin olmadığı və limitli olduğu yerlərdə, səfərlərdə olduğunuz yerin dilində internet olmadan rahat tərcümələr apara bilərsiniz.

3. Kamera ilə tərcümə

Əgər olduğunuz yerdə divarda, posterdə və.s. yerdə başqa bir dildə yazı varsa, orada yazılanı əllə bir-bir daxil edib tərcümə etmək çox çətindir. Kamera imkanı sayəsində siz yazının şəklini çəkirsiniz, vəssalam, Google Translate sizin üçün tərcümə etmiş olur.

İstifadə etmək üçün CAMERA düyməsinə klik etmək lazımdır.

4. Çox işlədilən sözlər

Məsələn səfərə gedərkən sizə yerli əhalidən soruşulacaq sözlər öncədən bəlli olur. Onları yazıb saxlayırsınız, və hara səfər etsəniz, eyni sualları bir klik ilə tərcümə etmiş olursunuz. Bir növ hazır suallar-cümlələr bazasıdır.

5. Axtarış xanasında birbaşa tərcümə

Daha çevik tərcümə üçün telefon və ya kompüterinizdə brauzerdə axtarış/sayt ünvanı xanasında rahatca tərcümə edə bilərsiniz. Lazım olan şey yazdığınız frazanın sonuna “in {Dil adı}” yazmaqdır. Məsələn 
“avtobus dayanacağı in english”

]]>
https://bilikli.net/google-translate-il%c9%99-mumkun-olan-5-faydali-imkan/feed/ 0
Bəzi maraqlı statistik göstəricilər https://bilikli.net/sayt-statistikasi/ https://bilikli.net/sayt-statistikasi/#respond Tue, 24 Nov 2015 06:32:02 +0000 https://bilikli.net/?p=1190 Screenshot from 2015-11-24 10:26:41

Bilikli.net sistemindən istifadə edən üzvlərimizin istifadə etdiyi cihazların tipləri:

  1. Smartfonlar – 49.46%
  2. Kompüterlər – 44.02%
  3. Planşetlər – 6.52%

Android app’dən istifadə sayı da artmaqdadır. Belə ki, hazırda istifadəçilərin 17%-i Bilikli.net-dən yalnız app vasitəsilə istifadə edirlər. (App üçün keçid: https://play.google.com/store/apps/details?id=com.bilikli.biliklinet.app )

Brauzerlər üzrə statistika belədir:

  1. Chrome – 61.62%
  2. Android Browser – 13.67%
  3. Opera – 8.17

Əməliyyat sistemləri üzrə statistika:

  1. Android ƏS – 46.48%
  2. Windows ƏS – 42.47%
  3. İOS – 6.49%

Mobil cihaz istehsalçıları üzrə

  1. Samsung – 56.46%
  2. iPhone – 11.59%
  3. Sony – 5.11%
]]>
https://bilikli.net/sayt-statistikasi/feed/ 0
“Sizin profiliniz” bölməsi açıldı https://bilikli.net/sizin-profiliniz-bolm%c9%99si-acildi/ https://bilikli.net/sizin-profiliniz-bolm%c9%99si-acildi/#respond Sat, 14 Nov 2015 07:03:00 +0000 https://bilikli.net/?p=1152 Artıq hər bir istifadəçi Bilikli.net sistemində öz hazırlıq səviyyəsini yeni açılan “Profil” bölməsindən izləyə bilər.
Bu bölmədə istifadəçilər hər bir fənn üzrə hazırlıq səviyyəsini, orta istifadəçilərlə, həmçinin ən yaxşı istifadəçilərin orta göstəricisi ilə müqayisəni apara bilər.
Bölməyə daha maraqlı statistik məlumatlar da əlavə ediləcək. Bu barədə hər hansı təklifiniz, istəyiniz olarsa, əlaqə bölməsindən bizə yaza bilərsiniz.

]]>
https://bilikli.net/sizin-profiliniz-bolm%c9%99si-acildi/feed/ 0
Bilikli.net portalında “İngilis dili testləri” https://bilikli.net/bilikli-net-portalinda-ingilis-dili-testl%c9%99ri/ https://bilikli.net/bilikli-net-portalinda-ingilis-dili-testl%c9%99ri/#respond Wed, 09 Sep 2015 18:39:09 +0000 https://bilikli.net/?p=922 Bu gündən etibarən Bilikli.net-də bir müddətdir üzərində işlədiyimiz yeni bölməni, ingilis dili testləri bölməsini aktiv etdik. İnformatika və məntiq testlərindən sonra bu portalda 3-cü test bölməsidir.

mntiqsd1

 

Testlər 3 metod ilə təqdim edilir:

  1. Say və çətinlik dərəcəsini özünüz seçirsiniz.
  2. İmtahan formatları və hazır seçimlər üzrə testləri həll edirsiniz.
  3. Beginner, Intermediate, Advanced səviyyələri üzrə dərs mövzularını seçərək o mövzularda testlər həll edirsiniz. Dərslərin özünü isə digər layihəmiz olan Xaricidil.net-də hər zaman oxuya bilərsiniz.

Baza olaraq digər layihəmiz olan Xaricidil.net saytının test bankı əsas götürülmüşdür. Bu bölmədə suallar üçün kiçik izahlara isə gərək olmadığından (çünki dil üzrə testlər adətən həll metodu yox, birbaşa bilik tələb edir) sualı izah edən müvafiq dərsin kompakt mətni və hər sualın düzgün cavabı təqdim edilir. Düzgün cavablar həm standart, həm VİP statusa malik istifadəçilər üçün açıqdır. Dərs mətnləri isə yalnız VIP statuslu istifadəçilərə açıqdır.

1000-lərlə test artıq sizin ixtiyarınızdadır: İngilis dili testləri

]]>
https://bilikli.net/bilikli-net-portalinda-ingilis-dili-testl%c9%99ri/feed/ 0
Kofe haqqında maraqlı bilgilər https://bilikli.net/kofe-haqqinda-maraqli-bilgil%c9%99r/ https://bilikli.net/kofe-haqqinda-maraqli-bilgil%c9%99r/#comments Wed, 19 Aug 2015 12:23:05 +0000 https://bilikli.net/?p=812 Gündəlik içki növlərindən olan kofe(və ya qəhvə) ölkəmizdə məişətdə çox da geniş yayılmasa da hər halda nadir içki də hesab edilmir. Bu içki barədə bəzi maraqlı faktları sizinlə paylaşmaq qərarına gəldik.

Tarixdən seçmələr
1-turkish-coffeehouse-granger (1)

  • Dünyada ilk kofe mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol şəhərində (indiki İstanbul) “Kiva Han” adı ilə açılmışdır.
  • İlk bilinən kofe evi də Konstantinopolda, 1564-cü ildə açılmışdır.
  • Dünyanın hər yerində işlədilən kofe sözü Osmanlı türkcəsində olan kahve sözündən götürülmüşdür. Bu söz özü isə qədim ərəbcə müvafiq bitkinin adından gəlir.
  • Osmanlı sultanı Yavuz Səlim kofeni çox sevərmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi səbələr üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan sultan əmiri edam etdirmiş və kofenin müqəddəs içki olduğunu bəyan etmişdir.
  • 1564-cü ildə Osmanlı Sultanı Qanuni Süleyman İstanbuldakı kofe evlərini bağlatdırmaq əmri vermişdir. Səbəb isə əhalinin orda hakimiyyət əlehyinə dedi-qodu etməsi faktları olmuşdur.
  • Avropada kofenin kütləvi yayılmasının da maraqlı tarixçəsi var. 1683-cü ildə Osmanlı İmperiyası Müqəddəs Roma imperiyasını məhv etmək üçün onun ərazilərini işğal edərək paytaxt Vyana şəhərinə 2-ci böyük hücüm təşkil etmişdir.(ilk hücum 1529-da olmuşdu)  Osmanlı hədəfinə çata bilməyib geri qayıdan zaman onlardan qalan və müdafiə tərəfinin əlinə keçən qalıq malların içində 300 kiçik kisə kofe varmış. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy Kulsikskiy sonra onun satışına başlamışdır. Əhalinin kofeni alması üçün maarifləndirici, reklam xarakterli məlumatlar da yayan Yuriy kofeni Vyanada əməllicə məşhurlaşdırmışdır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk kofe evini yaratmışdır. Bir neçə il sonra ikinci kofe klub Parisdə açıldı, daha sonra sürətlə Avropada açılmağa başladı.
  • Rusiyada kofe 18-ci əsrdə islahatçı dövlət xadimi imperator I Pyotrun təşəbbüsü ilə yayılmağa başlamışdır.

Maraqlı faktlar

dreamstime_l_36767626

  • Kofe dənləri quruluşuna görə iki növə ayrılır: Arabika və Robusta. Arabika daha populyar növdür.
  • Mağazalarda satılan və suda əriyən(sadə, 3-ü 1-ndə və.s.) kofe təbii kofe deyil. O kofe içməni asanlaşdırmaq üçün kofe dənlərinin müxtəlif texnoloji proseslərdən keçməsi nəticəsində əmələ gələn maddədir. Əsl kofe suda həll olmur, çöküntü verir.
  • Kofenin bir çox qovrulma, çəkilmə və bişirilmə/hazırlama metodu var. Bu metodlar alınan içkinin dadına da təsir göstərir. Bu növlərə bir sıra misallar: türk qəhvəsi(ocaqda cəzvə ilə bişirilir), espresso, amerikano, frenç press, aeropress, moka və.s. Hər bir metoddan alınan içkinin özünəməxsus dadları olur.
  • Dünyada ən çox kofe istehsal edən ölkə Braziliyadır.


Kofe tərkibli içkilər

specialty-coffee-cappuccino-latte-hot-chocolate-mocha

Sadə kofe içki növləri ilə yanaşı saysız hesabsız kofe tərkibli qarışıq içkilər də mövcuddur. İsti və soyuq şəkildə içilməklə ən çox kofe tərkibli içkilər süd ilə hazırlanan içkilərdir. Bunlara Kapuççino, Breve, Bonbon, Latte, Espressino, Makkiato və.s. məşhur südlü içkiləri aid etmək olar. Soyuq buzlu növlərə isə Frappe, Mazagran, Palazzo kimi növləri aid etmək olar.

Kofe və sağlamlıq

shutterstock_107441687

Kofe sağlamlığa təsir baxımından  haqqında ən ziddiyyətli fikirlərin dolaşdığı qida növlərindən bəlkə də 1-cidir. Həm zərərli həm xeyirli olması barədə saysız hesabsız iddialar olsa da əksər hallarda onlardan heç birinin ümumiləşmiş əsası olmur, bir çoxu başqa faktorların təsiri ilə xüsusi hallara aid olan faktlar olur. Amma ümumiləşdirərək bir neçə faktı qeyd etmək olar:

  • Günə 2 fincandan çox olmayaraq kofe içmək sağlamlığa bir çox komponentlər üzrə xeyirlidir və gümrahlığı artırır, başağrı, yorğunluq olduqda aradan qaldırmaqda köməkçi olur.
  • Həddindən çox kofe içmək asılılıq yaratmaqla yanaşı qan təzyiqinə və mənfi təsir göstərə bilər. (İstisna hallar da var: Məsələn fransız filosofu Volter günə 50 fincana(!) yaxın kofe içərmiş, amma buna rəğmən 83 il yaşayıb)
  • Kofe maye qovucu təsirə malikdir deyə kofe qəbulundan bir qədər sonra su içmək düzgün olar.
]]>
https://bilikli.net/kofe-haqqinda-maraqli-bilgil%c9%99r/feed/ 1
Plutonun ən yaxşı fotoşəkli https://bilikli.net/plutonun-%c9%99n-yaxsi-fotos%c9%99kli/ https://bilikli.net/plutonun-%c9%99n-yaxsi-fotos%c9%99kli/#respond Tue, 14 Jul 2015 12:40:06 +0000 http://bilikli.net/?p=649 Pluton haqqında bir çox mənbələrdən çoxsaylı məlumatlar oxumuşuq, şəkillərini görmüşük. Əksər kosmos şəkillərində olduğu kimi bu şəkillər də xəyali olub. Əvvəllər onu planet, indi isə planetoid hesab edirlər. Günəş sisteminin digər 8 planetinə nəzərən Günəşdən qat-qat daha uzaq məsafədə yerləşən bu kosmik cisim hər zaman astronomiya həvəskarlarının maraq dairəsində olub.

Və artıq Plutonun keyfiyyətli real şəkli mövcuddur. 9 ildir Plutona doğru yol gedən və hazırda onun 766 min kilometr yaxınlığından keçən New Horizons kosmik gəmisi Plutonun keyfiyyətli və real fotoşəklini çəkərək 5 milyard kilometr uzaqlardan bizə göndərib.

11311925_687877714680167_484233801_n

Müqayisə üçün deyək ki, indiyə qədər(keçən aya qədər) Plutonun uzaqdan çəkilən ən yaxşı şəkli aşağıdakı şəkildə soldakı dumanlı görüntü idi.

CJ33O4KWEAALuAR

 

Və beləliklə Günəş sisteminin bütün 9 planetinin (və planetoid) real görüntüləri əldə edildi:

CJ4Ny7RVEAARkxb

]]>
https://bilikli.net/plutonun-%c9%99n-yaxsi-fotos%c9%99kli/feed/ 0
Fishing nədir və ondan necə qorunmalı. https://bilikli.net/fishing-n%c9%99dir-v%c9%99-ondan-nec%c9%99-qorunmali/ https://bilikli.net/fishing-n%c9%99dir-v%c9%99-ondan-nec%c9%99-qorunmali/#respond Mon, 13 Apr 2015 05:23:11 +0000 http://bilikli.net/?p=450 Məlumat: Bu yazı informatika testləri  bölməmizdəki bir sual və onun izahı əsasında hazırlanmışdır və maarifləndirici xarakter daşıyır.

Sual: İnternetdə ən yayğın dələduzluq növlərindən biri olan bu metod əsasən belə təşkil edilir: kibercani sizin gündəlik daxil olduğunuz saytın eyni görüntülü formasını yaradır(məs: paypal,facebook və.s.) və sizə hər hansı formada oraya keçid linki göndərir, siz daxil olursunuz, ünvan yerinə fikir vermədən öyrəşiklik olduğuna görə login parolu daxil edib cəhd edirsiniz həmişəki kimi hesaba daxil olasınız. Bu zaman isə interfeys aldadıcı olduğundan sayta daxil olma əvəzinə sizin login və parol həmin adamın emailinə göndərilir. Və beləliklə o hesabınızı ələ keçirir. Bu metod necə adlanır?

a)trojan (hərfi anlamı troya atı ) b)computing (hərfi anlamı hesablama)  c)retargeting (hərfi anlamı təkrar hədəfləmə)  d) flooding (hərfi anlamı daşabasma, selə vermək) e)fishing (hərfi anlamı balıq ovu)

İzahlı cavab:
Fishing internet fırıldaqçılığın ən yayğın növlərindən biridir. Login və parolu istənilən bir saytda daxil edərkən MÜTLƏQ hər dəfə ünvan yerinə baxın, əmin olun ki, sayt məhz daxil olduğunuz saytdır, kopya görüntü yaratmış dələduz sayt deyil.

Məsələn aşağıda gördüyünüz şəkil facebook giriş səhifəsidir, lakin bu görünüşü istənilən fırıldaqçı düzəldə bilər. Sizsə hiss etmədən ora parol yazsanız, parolunuz ələ keçirilər. Ona görə də hər dəfə ünvan yerinə baxıb saytın facebook.com olduğuna əmin olun.

Screenshot from 2015-04-13 12:36:05

]]>
https://bilikli.net/fishing-n%c9%99dir-v%c9%99-ondan-nec%c9%99-qorunmali/feed/ 0
Bilikli.net VIP status və izahlı həllər https://bilikli.net/bilikli-net-vip-status-v%c9%99-izahli-h%c9%99ll%c9%99r/ https://bilikli.net/bilikli-net-vip-status-v%c9%99-izahli-h%c9%99ll%c9%99r/#respond Wed, 25 Mar 2015 12:37:34 +0000 http://bilikli.net/?p=351 Uzun müddətdir üzərində işlədiyimiz VIP status və izahlı həllər xidməti artıq istifadəçilərin ixtiyarındadır.

Artıq saytda iki istifadəçi tipi mövcuddur: Sadə statuslu istifadəçi, VİP statuslu istifadəçi.

Qeydiyyatdan keçmiş hər bir istifadəçi sadə statusa malik olur  və saytdakı testlərdən, onların düzgün cavablarından məhdudiyyətsiz şəkildə yararlanma hüququnu qazanır.

VİP status əldə etmiş istifadəçilər isə testlər və düzgün cavablar ilə yanaşı saytdakı BÜTÜN gördüyünüz testlərin sadə dildə izahı ilə də tanış ola bilir. VİP status haqqında daha ətraflı buradan oxuya və onu əldə edə bilərsiniz.

]]>
https://bilikli.net/bilikli-net-vip-status-v%c9%99-izahli-h%c9%99ll%c9%99r/feed/ 0
Ay fırlandığı halda niyə onu hər zaman eyni vəziyyətdə görürük? https://bilikli.net/ay-firlandigi-halda-niy%c9%99-onu-h%c9%99r-zaman-eyni-v%c9%99ziyy%c9%99td%c9%99-goruruk/ https://bilikli.net/ay-firlandigi-halda-niy%c9%99-onu-h%c9%99r-zaman-eyni-v%c9%99ziyy%c9%99td%c9%99-goruruk/#respond Mon, 09 Mar 2015 15:02:31 +0000 http://bilikli.net/?p=228 Yer kürəsinin yeganə peyki olan Ay bildiyimiz kimi Yerin ətrafında fırlanır. Eyni zamanda o, həm öz oxu ətrafında fırlanır. Bəs belə olan halda necə olur ki biz həmişə Ayın eyni üzünü görürük? Eyni üzünü görmək bir yana, hətta həmin o üzü də tərpənməz halda görürük?

moon-orbit

Bu sualın cavabını sözlə qısa ifadə etsək cavab belədir: Ay öz oxu ətrafında zəif sürətlə fırlanır və öz oxu ətrafında bir dövrü başa vurunca yerin ətrafında da bir dövrü başa vurur. Yəni Ayın yer ətrafında fırlanması ilə öz oxu ətrafında bir dövrə vurması eyni vaxt tələb edir, təxminən 1 ay. Bu halda iki fırlanma bir birini “sığortalayır” və biz həmişə Ayı eyni vəziyyətdə görürük. Aşağıdakı videoya baxsaq hər şey daha aydın olar.

]]>
https://bilikli.net/ay-firlandigi-halda-niy%c9%99-onu-h%c9%99r-zaman-eyni-v%c9%99ziyy%c9%99td%c9%99-goruruk/feed/ 0
Dənizə çıxışı olmayan ölkələr https://bilikli.net/d%c9%99niz%c9%99-cixisi-olmayan-olk%c9%99l%c9%99r/ https://bilikli.net/d%c9%99niz%c9%99-cixisi-olmayan-olk%c9%99l%c9%99r/#respond Mon, 08 Dec 2014 07:10:26 +0000 http://bilikli.net/?p=205 Dünyada 42 quru sərhədli ölkə var. Quru sərhəd deyərkən dünya okeanına çıxışı olmayan ölkələr nəzərdə tutulur.
Xəzər dənizi əslində göl olduğundan və dünya okeanına birbaşa çıxışı olmadığından Azərbaycan da quru sərhədli ölkələr siyahısına daxildir.
863px-Landlocked_nations.svg
Bu 42 ölkədən 2-si ikiqat quru sərhədə malikdir. Yəni əhatə olunduğu bütün ölkələrin özləri də quru sərhədə malikdirlər.
Bu 2 ölkə Özbəkistan və Lixtenşteyn dövlətləridir.

Ətraflı Vikipediya resursundan oxumaq olar.

]]>
https://bilikli.net/d%c9%99niz%c9%99-cixisi-olmayan-olk%c9%99l%c9%99r/feed/ 0