1) 2 ballıq sual.
Şagirdin öyrənməli olduğu 9 dərs var. Dərslərin hər biri çətin, orta və yaxud asan sayıla bilər. Çətin dərslərin sayı asan dərslərin sayından 5 dəfə azdır. Şagirdin artıq bir çətin dərsi oxuduğunu bilərək tapın ki, 9 dərsdən neçəsi orta səviyyəlidir?
a)Biri b)İkisi c)Üçü d)Dördü e)Heç biri.
2) 1 ballıq sual.
M.Ə.Sabirin şerindən verilən 2 sətirdəki boşluğu məntiqi taparaq tamamlayın:
Şimdi hələlik süfrə də qazğan da bizimdir,
Şərbət də bizim, kasa da, ... da bizimdir.
a)Yorğan b)qəlyan c)fincan d)bostan e)şərəfü şan.
3) 1 ballıq sual.
Uyğun variantı seçin:
a)1 b)2 c)3 d)4 e)5
4) 1 ballıq sual.
70 sutkada neçə saniyə var?
a)70*24*60 saniyə b)70*24*60*60 saniyə c)70*24*60*60*60 saniyə d)70*60*60*60 saniyə e)70*24*24*60 saniyə.
5) 2 ballıq sual.
Tamamlayın: 4, 9, 25, 64, 169, ?
a)525 b)625 c)256 d)441 e)489
6) 2 ballıq sual.
A şəhəri B şəhərindən əhalicə kiçikdir.
B şəhəri C şəhərindən əhalicə böyükdür.
C şəhəri A şəhəri ilə eyni əhali sayına malikdir.
E şəhəri B şəhəriylə eyni əhali sayına malikdir.
A şəhəri D şəhərindən əhalicə böyükdür.
D şəhəri E şəhərindən əhalicə kiçikdir.
Ən böyük və ən kiçik şəhər hansıdır? D<A=C<E=B
a)Ən böyük: E; ən kiçik: A və C.
b)Ən böyük: B və E; ən kiçik: A və C.
c)Ən böyük: B; ən kiçik: D.
d)Ən böyük: B və E; ən kiçik: D.
e)Ən böyük: B və E; ən kiçik: A.
7) 2 ballıq sual.
Verilmiş hərflərə qoşulduqda söz əmələ gətirəcək hərflər qrupunu seçin.(Cavablardakı hərflər hər iki variant üçün eyni sıralanmalıdır)
Müq...
H...
a)o,n,a,d
b)ə,v,a,v
c)b,i,p,a
d)a,i,l,j
e)a,l,i,s
8) 2 ballıq sual.
Uyğunluğu taparaq son sətirdəki sual işarəsini variantlardan biri ilə əvəz edin.
Abbas:+-++-++-+-+++
Sabun:+++-+-++-++++-+++++
Tas:++++++-+-+++
Basat - ?
a)++-+++-+-+-++++++
b)++-+-+++-+-+++++
c)++-+-++-+-++++
d)++-+-+++-+-++++++
e)++-+-+++-++-+++++
9) 1 ballıq sual.
real - gerçək, müasir - çağdaş, müvəffəqiyyət - uğur, məxluq - ?
a)canlı b)yaratıq c)əşya d)təbiət e)aləm
10) 1 ballıq sual.
Artıq olanı seçin:
a)Sarısu b)Araz c)Kür d)Viləş e)Samur.