Azərbaycanda ilk məntiq testləri saytı

 

Müsabiqə 19-un sualları.

Cavabları boş qrafaya yalnız bu formada yazın:cavab a) olduqda kiçik a,b) olduqda b və.s. Məs: və.s.

 

1) 1 ballıq sual.
Ardıcıllıq-hədd, qatar-?

a)rels b)vaqon c)maşınist d)lokomotiv e)kupe.

 

2) 1 ballıq sual.

Səhra-qum, çoxluq-?

a)fəza b)element c)azlıq d)elektron e)düz xətt

   


3) 1 ballıq sual.

İki maşın gedir. Öndəki maşının sürəti 100 km/s, geridəkinin sürəti isə 40 km/s - dır. Öndəki maşının geridəkinə nəzərən sürəti nə qədərdir?

a)140 b)100 c)40 d)60 e)0

 

4) 2 ballıq sual.
2 müxtəlif rəngli(ağ və qırmızı) nərd zəri atıldıqda bu tip nəticələr alınır: (ağ 1 xal, qırmızı 5 xal) (ağ 6 xal, qırmızı 1 xal) və.s. Bəs bu tip kombinasiyaların ümumi sayı nə qədərdir?

a)72 b)12 c)36 d)108 e)30

 

5) 2 ballıq sual.

Kilidli qapının üzərində bu yazılar yazılıb: 3 sol addım əlifba (ŞÇBVÇJV) Qapını açacaq 4 hərfli sözü tapın.

a)Şəki b)Buta c)Quba d)Araz e)Bakı
Qeyd: Əlifbamız - Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz .

 

6) 1 ballıq sual.
6, 10 , 12, 20, 18, a, b isə, a+b=?

a)32 b)54 c)30 d)64 e)81.

 

7) 2 ballıq sual.
Qırmızı, Narıncı, Sarı, Yaşıl, ?

a)Bənövşəyi b)ağ c)mavi d)qara e)ağ

 

8) 1 ballıq sual.

16542 - 18, 23412 - 12, 41411 - 11, 54789 - ?

a)33 b)34 c)35 d)36 e)37

 

9) 2 ballıq sual.

Digər 4 varianta uyğun gəlməyən 5-cini seçin.
a)Himalay b)Alp c)And d)Qafqaz e)Everest


 

10) 2 ballıq sual.

İmitasiya sözünün mənası aşağıdakı variantlardan hansına uyğun gəlir?
a)Daxil olma b)görüntü yaratmaq c)hazırlamaq d)tənqid etmək e)təsdiq etmək