Azərbaycanda ilk məntiq testləri saytı

 

Müsabiqə 17-in sualları.

Cavabları boş qrafaya yalnız bu formada yazın:cavab a) olduqda kiçik a,b) olduqda b və.s. Məs: və.s.

 

1) 1 ballıq sual.
3 dostun yaşlarının cəmi 58-ə bərabərdir. Dostlaarın 10 ildən sonrakı yaşlarının cəmi 5 ildən sonrakı yaşlarının cəmindən nə qədər böyük olar?

a)73 b)58 c)15 d)3 e)5

 

2) 3 ballıq sual.

Əli cibindəki pulun onda birini xərclədikdən sonra qalan pulun yarısını evə qoyur. Bir qədər sonra isə cibindəki pulun yarısını xərcləyərək qalan pulun onda birini evə qoyur. Əlinin evə qoyduğu pul 94 manat 50 qəpikdirsə, Əlinin cəmi nə qədər pulu var idi?

a)150 b)200 c)250 d)300 e)400

   


3) 2 ballıq sual.
Cüt hərflər arasındakı məntiqi əlaqəni taparaq ardıcıllığı tamamlayın.
M-E, L-E, T-T, G-G, A-A, İ-İ, N-?

a)A b)İ c)N d)T e)E

 

4) 1 ballıq sual.
? işarələrinin yerində hansı variantdakı simvollar olmalıdır?

a)Ç3 və K1 b)Ç1 və K3 c)Ü2 və K1 d)Ü1 və K2 e)B1 və B3

 

5) 2 ballıq sual.

Rus dilində olan aşağıdakı 5 sözdən 4-ü Türk mənşəllidir. Türk mənşəlli olmayan sözü tapın. (Sözlərin tərkibinə yaxud dilimizdəki analoquna fikir verməklə məntiqi analiz et)

a)Karandaş b)Kolbasa c)Boqatır d)Qranitsa e)Karaul

 

6) 1 ballıq sual.


? işarəsinin yerində hansı fiqur olmalıdır?

a)Dairə b)3 ulduzlu c)4 ulduzlu d)5 ulduzlu e)8 ulduzlu

 

7) 1 ballıq sual.

Verilmiş çoxluqdan ən böyük rəqəmi seçin.
{1, 11, 21, 14, 8, 7, 18, 17, 2, 20, 0, 6, 15, 16, 21, 19, 9, 3, 4, 7, 13, 11, 12, -14, -1}

a)9 b)20 c)21 d)-1 e)0

 

8) 1 ballıq sual.

Ardıcıllığı tamamlayın
3, 13, 8, 17, 13, 21, 18, 25, ?

a)23 b)25 c)21 d)20 e)22

 

9) 2 ballıq sual.

Kiçicik sayda hərf dəyişikliyinə uğramış sözləri bərpa etməklə digər 4 sözə uyğun gəlməyən 5-cini seçin.


a)Pratiotizm b)Raiszm c)Kesnofobiya d)Atnisemitizm e)Fişazm


 

10) 1 ballıq sual.

İerarxiya sözünə aşağıdakı variantlardan hansı daha uyğundur?

a)Təkhakimiyyətli b)Zəncirvari c) Ağacvari d)Çoxhakimiyyətli e)Adalar qrupu.